Zəlinin qoyulma qaydaları

zəli qoyulma qaydası

Bu sehirli canlı haqda son yazımda zəlinin qoyulma qaydaları haqqında məlumat vermək istərdim.

Zəlini qoymazdan əvvəl dəri səthi adi təmiz su ilə yuyulmalıdır. Ətirlənmiş, soyuq və ya tərli, hətta siqaret iyi hopmuş dəriyə qoyanda zəli tutmur.

Zəlini qan duruluğunda, anemiyalarda, hamiləlikdə, daxili qanaxması olanlarda və beyinə qansızmalarda qoymaq olmaz!

Normada, zəli hər 7 gündən bir 10, 8, 6, 4 və ya hər 3-4 gündən bir 3-5  ədəd qoyula bilər. Bu insanın qan tərkibindən, qan təzyiqindən və ümumi vəziyyətindən asılı olaraq təyin olunur. Xəstəlikdən asılı olaraq 10, 20, 30, 50, 80 və daha çox  zəli istifadə oluna bilər. Bəzi hallar istisnalıq təşkil edir, məsələn, ayağında irinli iltihab olan bir xəstəyə 150 ədəd zəli təyin etdim və yalnız bundan sonra sağalma başladı.

Məsələn, miqreni olan xəstəyə 6 ədəd zəli qaraciyər üstünə, 2 ədəd sağ qulaq arxasına, 2 ədəd sol qulaq arxasına, sonrakı 10 gündə boyuna, sonra kürəyə, sonra belə, sonra büzdümə və sonda yenə axırıncı 10 ədəd zəli saç diblərinə, gicgaha və boynun arxasına qoyulmalıdır.

Bəziləri tək ağrıyan yerə zəli qoymaqla kifayətlənir, bu düzgün deyil. Çünki birinci seansda zəlini ağrıyan yerə qoyandan sonra mütləq qaraciyərüstü, boyun, kürək, bel, büzdüm, dizlərə, topuqlara qoymaq, sonda yenə ağrıyan hissəyə qoyub müalicəni bitirmək lazımdır. Və yaxud məsələn xəstədə boyunda osteoxondroz varsa  həftədə 8 ədəd zəli qoyursunuzsa onda hər həftə 3-4 ədəd boyuna qalanları isə növbə ilə kürəyə belə büzdümə qoya bilərsiniz.  Nə üçün zəli başqa nahiyələrə də qoyulmalıdır? Çünki zəlinin ağız suyundakı hirudin və hirudinin tərkibindəki 105 ferment bizim qan damarlarımızla bütün vücudumuza yayılır və bununla da pozulmuş qan dövranını bərpa edir, toxumaların daha yaxşı qidalanmasını təmin edir.

Ümumiyyətlə, zəli müalicəsi ildə 2 dəfə yaz və payız fəslində aparılmalıdır, bu tip müalicə profilaktik müalicədir xəstəliklərdən asılı olaraq zəlinin sayı və müalicə müddətləri dəyişə bilər. Zəli qoymazdan əvvəl həcəmət olunmaq sağlamlıq üçün çox faydalıdır.

Zəli qoydurarkən diqqət edilməsi lazım olanlar

Zəli qoymazdan əvvəl 3 gün müddətində qan durulaşdıran dərmanlardan istifadə olunmamalıdır. Hər 10 gündən bir 10 ədəd zəli qoyulduqda, cəmi 60 ədəd edir və müalicə 2 ay çəkir. Prosedurlardan 3 gün əvvəl qandurulaşdıran dərmanların qəbulu dayandırılmalı, müalicə müddətində və ondan 10 gün sonra da qandurulaşdırıcılar istifadə olunmamalıdır. Əgər siz ümumiyyətlə qandurulaşdırıcı dərmanlardan istifadə etmək istəmirsinizsə, onda hər 15 gündən bir 5 ədəd zəlidən istifadə edə bilərsiniz. Belə edən zaman qanın laxtalanmaya görə analizini etmək və buna əsasən hər 15 günə görə neçə zəli qoyulacağını dəqiqləşdirmək lazımdır.

Unutmayın ki, zəlidən tək xəstələr yox, həm də sağlam insanlar istifadə etməlidirlər ki, sağlam yaşasınlar.

Sonda onu da qeyd edim ki, zəli, qoyulandan təqribən 20-40 dəqiqə sonra doyub düşür.

Zəli doyandan sonra yaxşı olar bir çay və ya axar su ətrafına buraxılsın. İkinci dəfə həmin zəlidən istifadə etmək olmaz, etmək istədikdə də alınmır, çünki zəli doyandan bir də 6 ay sonra acır.

Sonra zəlinin diş yerlərinin üstünə bez və ya pambıq qoyulur ki, axan qanı özünə çəksin. Bəzən həmin hissədən 4-8 saat az miqdarda qan gələ bilir, bundan qorxmağa ehtiyac yoxdur. Zəlinin yeri 2-4 gün qaşınır, mümkün qədər qaşımamağa çalışmaq lazımdır, çünki bu, yaranın iltihablaşmasına, ətrafdadakı limfa düyünlərinin şişməsinə səbəb ola bilir ki, bu da qorxulu deyil, 2-3 günə keçir.

Физули Гусейнов

Главный врач медицинского центра Herba Medical, врач-фитотерапевт Др. Физули Гусейнов.