Mənim bu barədə daha əvvəllər bir paylaşmam olub və nəzərə alsaq ki, çox çətin müalicə olunan bir xəstəlikdir, onda bunu da əlave etmək olar.
Deməli 1 kq iydə quru ve sağlam olmalıdır, kofemolkoda qabıqları və tumları ilə birlikdə üyüdülüb (əgər tumları üyüdə bilmirsinizsə problem yoxdur, tumsuz da olar) toz formasına salınır, sonra 5 yaşdan aşağı uşaqlara gündə 2 dəfə yarım çay qaşığı bu tozdan götürüb bir stəkan kənd südündə 2 dəqiqə qaynadın. Soyudub uşaqlara səhər-axşam içirdin, 5 yaşından böyük uşaqlara gündə iki dəfə bir çay qaşığı bir stəkan süddə 2 dəqiqə bişirib verə bilərsiniz. Müalicə müddəti 1 aydır.
Sonda xatırladım ki, bu müalicəni hicama (yalnız beldən 4 ədəd) və ud hindi müalicəsi ilə birlikdə də apara bilərsiniz.