İnsanlar onurğa və oynaq ağrıları zamanı qülükozamin xondroitin tərkibli sintetik dərman preparatlarından istifadə edirlər. Ancaq bu baxımdan ən gözəl təbii qida sümük ( sümüklü ətin) suyudur. Sümük suyu oynaqların, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir, osteoartrozda, osteoxondrozda, sümüklərin travmatik zədələnmələrində, paradontopiyada, poliartritdə olduqca faydalı qidadır. Sümüklü ətin uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Kalsium, maqnezium, fosfor, kükürd kimi minerallar sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olur. Sümük suyunun daha dadlı olması üçün əlavə olaraq bura 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir.
Tərkibindəkilər
Tərkibindəkilər sayəsində sümük suyu bədəndəki toxumaların, xüsusilə dəri və əzələturşular sayəsində bədəndəki toxumaların, xüsusilə dəri və əzələ toxuması bərpa edərək yenilənməsini təmin edir. Sümük suyu kollagen və jelatin tərkibi ilə bağırsaqları təkrar nizama sala bilir, həzm sisteminin selikli qişasına və qidaların yaxşı həzm olunmasına kömək edir. Sümük hüceyrələri daim yenilənir. Bu tarazılıqŕ pozulduqda osteoporoz yaranır. Osteoporoz zamanı sümüklər zərifləşir və sümükdaxili mikroqırıqlar, çatlar əmələ gəlir. Xəstəlik kəskinləşdikcə çatlar dərinləşir, qopmalar yaranır, əsasən də oynaq başlarında müşahidə olunur. Belə insanlarda ayaq sümükləri əyilərək mötərizə formasını alır. Ümumiyyətlə həm osteporozda, həm klimaks keçirən qadınlara sümük suyundan istifadə etməyi tövsiyyə edərdim. Sümük suyu kolagen tərkibi sayəsində oynaqlardakı iltihaba faydalıdır.Bu gün Amerika mütəxəssisləri də meyvə suları ilə yanaşı sümük suyu uçməyi tövsiyyə edirlər. Sümük suyu dərinin kollagen liflərinə də təsir edərək onu parlaq və hamar edir. Hamilə qadınlara, uşaqlara, yaşlılara, kslsium defisitliyi olanlara hər gün 1- 2 stəkan sümük suyu içmək mütləq şəkildə lazımdır. Sümük suyunu soyuducuda 3 ay müddətində dondurub saxlaya bilər və lazım gəldikdə də istifadə edə bilərsiniz.