Qara zirə (çörəkotu) haqqında aparılmış son elmi araşdırmalar

qara zirə çörək otu

Qara zirə (çörəkotu) haqqında demək olar hər gün elmi işlər aparılır və bu möcüzəvi bitki haqqında heyrətamiz nəticələr alınır. Mənim fikirimcə bu nəticələri bilmək və bu bitkini yaxından tanımaq hamı üçün faydalı olardı. Qarazirə (çörəkotu) ilə bağlı Birləşmiş Dovlətlər tibb kitabxanasında 1964-2014 illər arasında 625 araşdırma aparılmış və hamısı dəyərli sonluqlarla başa çatmışdır. Son araşdırmaları nəzərinizə çatdırıram. Astma 2010 cu ildə fitomediçin jurnalı Qarazirə (çörəkotu) yuxarı tənəffüs yollarını genişləndirir və astmatik tutmaları azaldır, boğulmalar aradan qalxır və astma müalicəsində istifadəsi məqsədəuyğundur.

Yüksək təzyiq

Klinik farmakologiya təməlləri dərgisində çörəkotunun yüksək təzyiq xəstələri üçün faydalı olduğu yazılır və xəstəlik zamanı həm yağından həm də özündən istifadəsi məqsədəuyğun hesab olunur.

Boğazgəlmə

Qara zirə (çörəkotu) yağı anginalar zamanı, badamcıq iltihabi xəstəliklərində istifadə olunması xəstəliyin müalicəsi üçün məqsədəuyğun hesab edilmişdir.

Xərçəngdən qorunmaq üçün

Qara zirə (çörəkotu) tərkibindəki thymoquinone adlı antioksidant maddə həm xərçəng olmaqdan qorunmaq üçün həm də xərçəngin müalicəsində olduqca faydalıdır. Prostat xərçəngi Qarazirə (çörəkotu) prostat vəzi xərçəngində istifadə olunan müasir kimyəvi dərmanlardan 10 dəfə güclü təsiri ortaya çıxmışdır.

Kimyəvi silahlardan qorunmaq üçün

Qarazirə (çörəkotu) İranda Məşhəd unversitetində aparılmış araşdırma dünya təbii müalicə jurnalında dərc olunmuşdur beləki qarazirə kimyəvi silahdan sonra bədəndəki fəsadların ortadan qalxması üçün ən yaxşı vasitələrdən olduğu sübut olumuşdur.

Psoriaz (pullu dəmrov)

Qara zirə (çörəkotu) dərinin derma qatını qalınlaşdırır, dəri çatlamalarını azaldır və psoriaz hücumlarının qarşısını alır. Bu da dünya tibb jurnalında dərc olunmuş elmi materialdır.

Parkinson xəstəliyi

Qarazirə (çörəkotu) tərkibindəki thymoquinone maddəsi parkinson xəstələri üçün faydalı olduğu sübut olunmuş və istifadəsi məqsədəuyğun qəbul edilmişdir.

Qaraciyər xəstəlikləri

Qarazirə (çörəkotu) qaraciyər xəstəlikləri zamanı qaraciyər üçün zəhərli olan karbon tetrachloridin maddəsinin təsirini azaltmış qaraciyər toxumasının dağılmasının qarşısını almışdır.

Yoğun bağırsaq xərçəngi

Qarazirə (çörəkotu) 2003 cü ildə Nutr Cancer jurnalında Misirdə Tanta unversitetində siçanlar üzərində aparılmış nəticələr dərc edilir məlum olmuşdur ki, qarazirə yoğun bağırsaq xərçəngindən qorunmaq üçün ən təsirli vasitələrdən biridir.

Süd vəzisi xərçəngi

Qarazirə (çörəkotu) süd vəzisi xərçəngində ən təsirli vasitələrdən biri olması haqqında yenədə dünya təbii müalicələr jurnalında məlumat verilmişdir.

Allergiya

Qara zirə (çörəkotu) Almaniyada 152 adama gündə 3 çay qaşığı qarazirə yağı verilmiş və tam müalicə olumuşlardır Ekzema Qarazirə (çörəkotu) yenədə Almaniyada ekzemalı xəstələrə qarazirə yağı içirdilmiş və yaxşı nəticələr alınmışdır.

Yaddaş üçün

Qara zirə (çörəkotu) gündə 3 dəfə içilmiş qarazirə yağı mükəmməl bir yaddaşgücləndiricir. Bu da dünya tibb ədəbiyyatlarında sübut olumuşdur.

Şəkər xəstəliyi

Qara zirə (çörəkotu) Tohoku J Exp Jurnalında yayımlanan laboratoriya nəticələrinə görə Türkiyə 100 il univrsitetinin araşdımaları nəticəsində məlum olmuşdur ki, çörəkotu yağı qanda şəkərin miqdarını aşağı salır və Yeni Zellandiyada dovşanlar üzərində bu nəticə bir daha sübut olunmuş və məlum olmuşdur şəkər xəstəliyi zamanı damarların daxilinə yığılmış xolesterin yağlarının əridilməsi üçün qarazirə faydalıdır. Bütün bunlardan başqa qarazirə hormon pozğunluqları, öd və böyrək daşlarının əridilməsi ana südünün artırırlması. İmmunitet güclənirici olaraq, dəri quruluğunu aradan qaldırmaq üçün.

Hüceyrələri yeniləmə (Cavan qalmaq üçün), Saç tökülməsinin qarşısını almaq üçün, depresiyadan və yuxusuzluqdan uzun müddət əziyyət çəkənlər üçün Dünya Tibb Jurnallarında məqalələr dərc edilmişdir. Sonda xatırladım ki, bu jurnallarda dərc edilən məqalələr adi bir məqalələr yox hamısı tam sübut olunmuş elmi işlərin nəticələridir.

Sonda Peyqəmbərimiz (sallallahu aleyhi və səlləm) demişdir:

“Qara zirə (çörəkotu) ölümdən başqa hər dərdə dəvadır”.

Физули Гусейнов

Главный врач медицинского центра Herba Medical, врач-фитотерапевт Др. Физули Гусейнов.