İdman performansını saxlamaq üçün nə etməli? — Təbii enerji içkiləri

idman

Günümüzdə idman qidaları və idman performansını yüksəltmək üçün müxtəlif həblərdən ( bu nlara vitaminlər, minerallar, hormonal dərmanlar, anabolik dərmanlar aiddir) enerji içkilərindən istifadə çoxlu problemlər əmələ gətirməkdədir. Əvvəlcə hal hazırda istifadə edilən vasitələrə yüngülcə toxunaq onların fəsadlarını insanlara çatdıraq və sonra nə lazım olduğunu deyək inşAllah.

1. İdman qidaları:

Bu qidalar haqqında sosial şəbəkələrdə, televiziyalarda müxtəlif müxtəlif verilişlər hazırlanılır ki, guya heç bir ziyanı yoxdur insanlar uzun müddət bu qidaları yeyə bilərlər. Deyərdim ki elə insanlarımızda bu yeməkləri həvəslə yeyirlər çünki yeyən kimi əzələ kütləsinin artmasını görürlər. Qida yeməkləri zülaldır deyib satılır deyərdim ki, ətdə zülaldır amma əti yeyən kimi əzələ kütləsinin artmasını görmürük. Çünki ətin tərkibindəki zülal, minerallar vitaminlər amin turşular hamısı dipol formada bir biri ilə zəncir kimi bağlanmışdır. Biz ət ilə qidalananda bizim bədənimizə lazım olan qədər maddələri orqnizmimiz həmin dipol zənciri qıraraq mənimsəyirlər yəni artığı ilə işləri yoxdur çünki bədən tələbatı nəyi istəyirsə o qədər qidalanırlar. Amma idman yeməkıəri belə deyil bu qidalar bizim orqanizmimizin tələbatından asılı olmayaraq tamamilə bədənə sorulur hüceyrələrimizin içərisinə daxil olub onları qidalandırır əzələ kütləsini sürətli şəkildə böyüdürlər. İlk baxışda adam deyə bilər ki, bu daha yaxşıdır. Amma işin kökünə baxdıqda görürük ki, bu belə deyil. Bu tip qidalanma bizim bütün sistemimizi məhv edir. Orqanizmin filtr qabiliyyəti məhv olur immun sistem dağılır ürək qan damar sistemi məhv olur, endokrin sistemdə pozulmalar baş verir və sonda insanın şikəst və xəstə olmasına səbəb oluruq. İdman qidalarını birdən birə tərk etmək isə uzun müddətli iştahsızlığa və əzələ kütləsinin sürətli itirilməsinə səbəb olur. İdman qidasındakı zülal ətdən fərqli olaraq sintez olunmuş zülal olduğundan orqnizm tələbatından asılı olmayaraq tam sorulur.

2. Anabolik dərmanlar, minerallar, hormonlar və vitaminlər:

İdmançılarımız bu üsullarada əl atmağı sevirlər. Bu üsullardan daha çox beynəlxalq yarışlarda iştirak etməyən insanlar istifadə edirlər çünki dopinq testlərindən keçmirlər. Bu kimi dərmanlar güclü iştah əmələ gətirir və iştahla qidalanma əzələ kütlısinin artmasına səbəb olur. Anabolik dərmanlar insanlarda əvvəlcə testesteron səviyyəsini artırmasına baxmayaraq sonrakı vaxtlarda testesteron miqdarını həddindən çox aşağı salırlar. Buda cinsi istəksizliyə və sonsuzluğa səbəb ola bilir.

Vitaminlər: Həddindən artıq vitmain qəbul etmək orqanizm üçün çox təhlükəlidir. Hər bir vitaminin hiper dozası orqnizm üçün çox təhlükəlidir. Məsəlın A vitmaini hiper dozası beyin xərçəngi C vitamini hiper dozası böyrək və öddə daş əmələ gətirmə. Damar keçriciliyinin artması və sairə kimi halllar əmələ gətirə bilir. Çalışın vitamin və minerallları təzə meyvələrdən, tərəvəzlərdən alasınız.

Minerallar: Bəzən insanlarımız bu üsulada əl atırlar. Guya çox tərləyən zaman bədəndəki minerallar azalır və balansı qorumaq üçün hansısa mineralları nizamsız qaydada içməyə başlayırlar. İnsan bədənində mineralların bir ölçüsü vardır. Məsəlın mis, sink, dəmir, selen, kalium, kalsium, natrium və sairə. Bunların bədəndə bəlli bir miqdarları və bir birlərinə nisbətləri vardır. Yəni birinin çoxluğu digərinin azalmasına səbəb olur. Ən çox tanıdığımız dəmiri qeyd edək. Dəmirin çoxluğu dəri altında, qaraciyərdə dəmir toplanmasına səbəb olur ki, buda özünü qan dövranı pozulması, dəri rənginin tündləşməsində, yorğunluqda göstərir.

Hormonlar: Hormonal dərmanlar çox qısa müddətdə insanı belə deyək ki şişirdir. Güclü iştah əmələ gətirir insanın bədən formasını dəyişərək daha çox dərialtı və boyun ardına piylərin yığılmasına səbəb olur. Jormonlar bütün endokrin sistemi məhv edirlər sürətli şəkildə insanı şəkərə və sistem xəstəliklərinə çağırır qanda istifadəsiz insulinin miqdarını artırır.

3. Enerji içkiləri:

Son dövrlər dəbə minməsinə baxmayaraq elə ən çox idmançılarımız performanslarını saxlamaq üçün bu içkilərdən bol bol içirlər. Enerji içkiləri heç bir enerji vermirlər bu içkilər insan vücudundakı amin turşuları sürətli şəkildə dövriyəyə qoşaraq insana gümrahlıq gətirirlər. Hansıki bu aminturşuları bədənimiz planlı şəkildə yavaş yavaş xərcləyəcəkdi. Belə deyək evdə 100 manatı 10 günə xərcləməyi planlaşdıran ailə bu pulu 1 günə xərcləyir və qalan 9 günüdə tələb edirki yenə gətir. Enerji içkiləri mədə bağırsağa aşılayıcı təsir edərək əvvəlcə qastrit və kolit daha sonra isə yara əmələ gətirərək mədə bağırsaq divarının deşilməsinə səbəb olur.

Enerji içkilərinə alternativ məcunlar:

Təklif edərdim idmançının seçdiyi idman növünə görə idman performansını daimi yüksək səviyyədə saxlamaq üçün aşağıdakı məsləhətləri edəsiniz. Şəxsi idman yarəşlarına çıxan idmançılar üçün (güləş, karate, cüdo, boks və sairə). Bu tip idmanla məşğul olan insanlar çox enerji xərcləyir, ani vaxta tez yorulmağa məcbur olur. Bu idmançılar üçün 2 növdə məcun hazırlamışam bu məcunların biri daima istifadə olunmalı digəri isə yarışlara çıxmazdan 15 gün əvvəl yeyilməyə başlanmalıdır. Yaxşı olar idman yarışları qurtaran kimi birinci məcunun istifadəsini dayandırıb ikinci məcuna davam edəsiniz.

Birinci məcunumuz:

  • Zəncəfil tozu 30 qram
  • Jenşen kökü tozu 100 qram
  • Dəmirtikanı (tribulus) kökü tozu 100 qram
  • Güldəfnə ( Hilba) toxumunun cücərmişi 100 qram
  • Çiçək tozu 100 qram
  • Buğda 100 qram (cücərmiş)
  • Qoz ləpəsi 200 qram
  • Nehrə yağı 400 qram
  • Bal 2 kq

Deməli bitkilər quru olmalı qəhvəüyüdəndə üyüdüləndən sonra bal ilə qarışdırılmalıdır. Məcunda Güldəfnə və buğda cücrmişlərini isə belə edirsiniz dediyimiz bitkilərin hərəsindən 100 qram alın 1 gün suda saxlayıb sonrakı bir günü isə boşqaba sərərək üstünə yaş əsgi sərin 1 gün saxlayın sonra suda yuyun ət maşından kçirib bal və bitki tozları qarışdırılmış məcuna qarışdırın. Məcunumuz hazırdır məcundan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 dolu çay qaşığı yeyin.

İkinci məcunumuz:

Bu məcunun tərkibi baha və qısa müddətə tez təsir göstərdiyindən yarışlara 15-20 gün qalmış bu məcundan yeməklə yüksək idman performansı göstərə bilərsiniz.

Tərkibi:

  • Zəncəfil tozu 30 qram
  • Jenşen kökü tozu 50 qram
  • Radiola kökü tozu 50qram
  • Güləm 100qram
  • Arı südü 30 qram
  • Erkək arı homogenatı 50 qram
  • Bal şabalıd 1 kq

Məcun hazırlayıb gündə üç dəfə yeməkdən yarım saat əvvəl 1çay qaşığı yeməli. Məcun mütləq soyuducuda qalmalıdır. Çünki məcunun tərkibindəki arı südü və homogenat hava isti olan kimi tez parçalanır və faydasız olur.

Şəxsi idman yarışları məşğul olan idmançılar idman növünə uyğun olaraq hicama müalicəsi alsalar çox yaxşı nəticələr ala bilərlər. Məsələn sərbəst güləşlə məşğul olanlar baldırlardan 3+3 diz ətraflarınan, 4+4 diz oynağı arxasından 1+1, muskul əzələsindən 2+2 boyun və kürəyin bitişmə nöqtəsindən 2 ədəd beldən 3 ədəd olmaqla hicama etdirə bilərlər. Hicama toxumalardakı toksinləri təmizləyir. Qan dövranını sürətləndirir. İdmançılar hər ayda 5-6 banka hicama etdirməklə və hər bankanın yerinə 2 ədəd zəli qoymaqla idman performanslarını çox qaldıracaqlar. Hicama və zəli müalicəsi əl və ayaqların beyinlə təmasını sürətləndirir. İdman yarışları vaxtı idmançı düşünərək hansısa fəndi edəndə bəzən geçikir və rəqib onu üstələyir hicama və zəli müalicəsi əl ayaqların beyinlə işləməsini sürətlındirir. İnsan düşünən kimi həmin hərəkəti edə bilir. Bir sözlə avtomatik hərəkətləri sürətləndirmək üçün hicama və zəli müalicəlıri effektlidir.

Üçüncü məcunumuz:

Ümumi idman növləri ilə məşğul olan idmançılar idman performanslarını artırmaq üçün və nəfəs sistemini normalda saxlaması üçün aşağıdakı məcundan istifadə edə bilərlər. Məcunun tərkibi:

  • Güldəfnə 100 qram (cücərmişi)
  • Çiçək tozu 100 qram
  • Biyan kökü tozu 50 qram
  • Yulaf tozu 200 qram
  • Eleutrokok kökü tozu 100 qram
  • Buğda 100 qram (100 qram buğdanı cücərdəndə təxminən 350 qram cücərmiş buğda alınır)
  • Kedra toxumu 200 qram
  • Bal 2 kq
  • Xama 1 kq

Hamısını bir birinə qarışdırın gündə üç dəfə yeməkdən əvvəl buğda və güldəfnə hərəsindən 100qram allb cücərdəndən sonra mıcuna qarışdırıb gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl əvvəl 1 orta xörək qaşığı yeyin. Məcun ümumən immun sistemi aktiv vəziyyətdə saxlayır. İnsan öz gümrahlığını daima hiss edir, idmançının öz güvənliyini artırır. Futbolçular üçün ayaqlardan hicama olunması ayaq və beyin əlaqəsini sürətlındirir. Büzdüm boyun kökü və başdan edilmiş hicama, idmançıda öz fiziki ağırlığını sanki hiss etmirmiş kimi hissiyat olur. Futbolçular,valeybol həndbol və başqa idman növlıri ilə məşğul olan idmançılar hər gün aşağıdakı kokteyllərdən hazırlayıb içmələrini məsləhət görürəm.

  • Xurma + süd

2 stəkan südə 8 ədəd yumşaq xurmanın qabıqları soyuluraq və tumu çıxarılaraq südə qarışdırıb blenderdən keçirib gün ərzində içilir.

Digər bir kokteyl:

  • Süd 2 stəkan
  • Əncir qurusu 5 ədəd.

Deməli əncir qurusu beş altı hissəyə bölünərək südə qarışdırıb 1 gün soyuducuda saxlayın sonra blenderdən keçirib gün ərzində için.

Digər bir kokteyl:

  • Süd 2 stəkan
  • Yulaf 3 xörək qaşığı
  • Qoz 2 ədəd
  • Banan 1 ədəd

Hamısını birlikdə blenderdən keçirib gün ərzində içmək lazımdır. Kokteylləri gündəlik dəyişə dəyişə içə bilərsiniz. Xatırladım ki kokteyllərdən şəxsi idman növləri ilə də məşğul olan idmançılar da içə bilərlər. Bütün idmançılarımıza uğurlar olsun. Azərbaycanımızın bayrağını qaldıran himnimizi oxutduran idmançılarmıza var olun deyirəm. Allah hamısına kömək olsun. Amin!

Fizuli Hüseynov

Физули Гусейнов

Главный врач медицинского центра Herba Medical, врач-фитотерапевт Др. Физули Гусейнов.