Dəyərli dostlar, yaz fəslində, xüsusən də yazın ilk aylarında şam ağacları tozlanmağa başlayır. Tozlanma zamanı havada və şam ağaclarının ətrafında uçan tozlar əslində adi toz deyil, şam ağacının erkəkcikləridir. Bu erkəkciklər insan orqanizminə çox faydalı təsir edir, bədənin xarici allergenlərə qarşı davamlılığını artırır.
Şam meyvələri təqribən yumurta böyüklükdə olanda onları ağacdan dərmək lazımdır. Dərən zaman çox toz əmələ gəlir, toplanmış meyvələri çırpan zaman tozcuqlar tökülməyə başlayır. Bu tozcuqlardan təxminən 100 qram toplayın və belə bir məcun hazırlayın:
- Şam tozcuqları – 100 qram
- Udi hindi – 50 qram
- Zəncəfil – 50 qram
- Bal – 1 kq
Məcundan gündə 3 dəfə, yeməkdən əvvəl 1 çay qaşığı qəbul etmək lazımdır. Əgər fərdi olaraq məcuna qarşı allergiya əmələ gəlsə, istifadəni dayandırmaq lazımdır.