Axşam yatmazdan əvvəl 1 stəkan çiy suya 2 ədəd qoz, 1 dolu çay qaşığı təmiz bal qarışdırıb qoyun kənara. Səhər yeməyindən ən azı 1 saat əvvəl şərbəti için qozları isə yeyin. Xatırladım ki, şərbət çox dadlı qozlar isə adi qoz dadından çox dadlıdır.
Qozlu ballı şərbətin faydaları:
- Qan dövranını yaxşılaşdırır, həmişə əlləri ayaqları soyuq olanlar üçün faydalıdır.
- Səhər ac qarına bunun içilməsi və yeyilməsi bütün gün boyu insanın gümrah qalmasına səbəb olur.
- Davamlı içilməsi davamlı bir immunitet əmələ gətirir.
- Qoz və bal beynimiz üçün əla bir qida vasitəsidir. Beyin qan dövranı, diqqət, yaddaş, baş ağrıları üçün faydalıdır. Buna səbəb qozda zəngin omeqa 3 və gümüşdür.
- Mədəaltı vəz iltihabı (xroniki pankreatit) xəstələri üçün faydalıdır, sadəcə belə xəstələr yeməkdən 2 saat əvvəl içməlidirlər.
- Səhər ac qarına içilməsi orqanizmi xərçəng olmaqdan qoruyur.
- Arıqlamaq istəyənlər üçündə faydalıdır çünki piyləri əridir oksidləşmə, reduksiya prosesini artırır.
- Uzunmüddətli istifadədən sonra yüksək xolesterin normaya düşür.
- Yod çatışmazlığı (zob) xəstələri üçün əla bir vasitədir gündən günə yüksəlmiş TSH hormonu normaya düşəcəkdir.
- Kista və miomadan əziyyət çəkənlər üçün faydalıdır.
- Tərkibindəki zəngin minerallar saç tökülməsinin qarşısını alır.
- Süd verən analar üçündə faydalıdır südü artırır.
- Üzunmüddətli istifadədən sonra saçlar qalınlaşır dəri parlaqlaşır.
- Davamlı şəkildə içilməsi qanda yüksəlmiş sidik turşusunu aşağı salır bunulada pəncə daban diz ağrılarını azaldır.
- Məktəbli uşaqlar, imtahana hazırlaşan yeniyetmələr üçün olduqca faydalıdır həm orqanizmi vitamin mineral aminturşu ilə təmin edir həm yüngül əsəb əleyhinə təsiri var həmdə beyinin qavramasını (əzbərləmə) artırır.
- Bu qarışım yüngül işlədici olduğundan babasil olanlar üçün faydalıdır.
- Qan azlığı olanlar üçün faydalıdır.
- Şəkər xəstələri və yüksək təzyiqdən əziyyət çəkənlər bal qarışdırmadan tək qozu suya qoyaraq içməlidirlər.
- Bu qarışım allergenlərə qarşı davamlılığı artırır. Zaman-zaman içilməsi allergiyanın aradan qalxmasına səbəb olur.
- Bu qarışım uzun zaman öskürəkdən əziyyət çəkənlər üçün də faydalıdır.
- Sonda xatırladım ki, dadını kimsə xoşlamasa 1 ədəd qoz istifadə etsin bal isə zövqə uyğun olaraq 1 xörək qaşığına qədər qaldıra bilərsiniz.