Salamaleykum. Üzdəki qırışlar əleyhinə və sifəti təravətləndirmək üçün istifadə edəcəyimiz bu təbii qarışım ziyansızdır və hər dəfə istifadə etdikcə üz qırışlarının necə açıldığının şahidi olacaqsınız. Yaxşı olar, bu qarışımı 3 gündən bir edəsəniz.
Lazım olanlar:
- Kakao yağı 1 xörək qaşığı
- Kakos yağı 1 xörək qaşığı
- Soda 1 xörək qaşığı (qaşıq tam dolu olmasın)
Deməli, saydığım bu vasitələri 15 dəqiqə bir birinə yaxşı-yaxşı qarışdırırıq, sonra üzümüzü ilıq su ilə yuyub, qurulayıb, dairəvi formada bu kremi üzə çəkirik və 5 dəqiqə dairəvi formada üzümüzü masaj etməyə davam edirik. 15 dəqiqə gözləyəndən sonra əvvəlcə ilıq su , sonra isə otaq temperaturunda olan su ilə üzümüzü yuyuruq.