Bu gün həm hava çox isti idi həm də fərqli bir sərinləşdirici içki hazırlamaq istədim.
Belə bir içki hazırladım və çox ləzzətli bir içki alındı.
Lazım olanlar:
Sərin su – 500 qram, sərin qatıq – 500 qram. Balaca olsa 2, böyük olsa 1 ədəd xiyar.
Deməli, xiyarın qabığı soyulur balaca-balaca (balaca qənd boyda) qatığın içinə doğranılır, blenderlə 2 dəq. qarışdırılır (xiyarlar qatıqda tam əriməlidir) sonra su əlavə olunur – qarışdırılır, zövqə görə duz əlavə olunur və gün ərzində içilir.
Xatırladım ki, duzu yaxşı olar az qarışdırasınız. Susuzluğu yatırmaq üçün faydalı bir içkidir.