Dəmir suyunu bir çox təbiblər müalicələrində geniş istifadə etmişlər, məsələn, İbn Sinanın reseptlərində dəmir suyuna çox rast gəlmək olur. Təbiətdə dəmir 3 valentli formada olur, amma qızardılmış dəmir parçasını suya salanda dəmir suya 2 valentli formada keçir və insan orqanizmi bu suyu asanlıqla mənimsəyə bilir. Dəmir suyu dəmir çatışmazlığında, halsızlıqda, tez-tez sidiyə çıxmalarda, yüksəlmiş kreatində, qanlı ishalda çox faydalıdır. Dəmir suyu cinsi istəyi artırır və orqanizmi həmişə qüvvətli edir.
Dəmir suyunun hazırlanması
Əl boyda passız dəmir parçası odda qızdırılır və 2 litr suya salınıb söndürülür və 8-10 dəfə təkrar edildikdən sonra su süzülür və soyuducuda saxlanır. Hər səhər acqarına 1 stəkan içilir və bu prosedur ildə bir dəfə təkrarlanır.